Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Dayə işlədiyi evdən 91 min manatlıq qızıl oğurlayan qadına və tanışına hökm oxunub

Dayə işlədiyi evdən 91 min manatlıq qızıl oğurlayan qadına və tanışına hökm oxunub

Oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, İlahə Əlipaşayeva 6 il, tanışı Baxşəli Ağayev isə 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, İ.Əlipaşayeva Bakıda evlərdən birində dayə işləyib. Ailənin imkanlı olduğunu görən İ.Əlipaşayeva tanışı B.Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.