Bakıda qadın özəl xəstəxanada ayağının amputasiyası zamanı ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayeva Xətai rayonunda yerləşən “Medica Hospital” xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı dünyasını dəyişib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.