Siyəzəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb, beş nəfər xəsarət alıb.
Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun üç yaşlı övladı Elnur Əmirlidir.
Xəsarət alanlar xəstəxanaya aparılıblar.
Avtomobillərdən birində olan ailə övladına məktəb paltarları almaq üçün Bakı şəhərinə gedirmiş.
Faktla bağlı araşdırma aparılır.