Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb:
“Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür”.
Ermənistan MN isə 2 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.