Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Daha 2 hərbçimiz yaralandı - NÖVBƏTİ TƏXRİBAT

Daha 2 hərbçimiz yaralandı - NÖVBƏTİ TƏXRİBAT

Sentyabrın 19-u saat 11:45 radələrində Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb:

 “Hərbi qulluqçularımıza dərhal ilkin tibbi yardım göstərilib. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb”.