Bu gün Kəlbəcərin Xudavəng alban monastırında yeni ailə qurmaq istəyən erməni cütlüyünün toy mərasimi keçirilib.
SHOWNEWS.AZ xəbər verir ki, Ağdərədən olan erməni gəlin İrina Qabrielyan və Xankəndindən olan erməni bəy Aram Berdyan evləniblər.
Ərazi Müsahibədən sonra Azərbaycan hərbçilərinin nəzarətinə keçsə də, hazırda monastırın yerləşdiyi əraziyə Rusiya sülhməramlıları nəzarət edir.
Ermənistanın XİN sözçüsü Anna Naqdalyan isə monastırda evlənən cütlüyün şəklini şəxsi tvitter səhifəsində “müharibədən sonra ilk toy” başlığı ilə paylaşıb.
Qeyd edək ki, Xudavəng monastır kompleksi (IV-XIII əsrlər) - Kəlbəcər rayonunda, Vəng kəndi ərazisində yerləşən qədim alban məbəd kompleksidir.
VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.
1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcər rayonunun işğal edilməsindən sonra Xudavəng monastır kompleksi erməni abidəsi kimi dünyaya təqdim edilib.