Gəncədə toy mərasimində mübahisə düşüb, xəsarət alanlar var.
Şəhər ərazisində keçirilən toy mərasimlərinin birində qonaqlar arasında mübahisə düşüb.
Nəticədə Göygöl rayon sakini, 1972-ci il təvəllüdlü Kəpəz Əliquliyev, 1983-cü il təvəllüdlü Akif Rüstəmov və 1992-ci il təvəllüdlü Musayev Əli bıçaqlanıblar.
Hər üçü xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov report-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Cinayəti törədən şəxs və ya şəxslərin yerinin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.