Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

10 aylıq körpə qızdırmalı halda xəstəxanada öldü

10 aylıq körpə qızdırmalı halda xəstəxanada öldü

Gəncədə 10 aylıq qız uşağı xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərdə yerləşən xəstəxanaların birində qeydə alınıb.

Belə ki, şəhər sakini 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq körpə qız xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.