Yanvarın 1-də Azərbaycan vətəndaşı Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən minaya düşüb və nəticədə ağır dərəcəli bədən xəsarəti alıb. Zabil Babayevin xəstəxanaya çatdırılıb lazımi tibbi yardımın göstərilməsinə baxmayaraq, o aldığı xəsarətlərdən vəfat edib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilir ki, faktla bağlı prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən intensiv istintaq hərəkətləri həyata keçirilir.