Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Məşhur öncəgörücüdən DƏHŞƏTLİ proqnoz "İnsanlar qurtuluş kimi ölümünü gözləyəcək"

Məşhur öncəgörücüdən DƏHŞƏTLİ proqnoz "İnsanlar qurtuluş kimi ölümünü gözləyəcək"

Sonuncu rus imperatoru II Nikolayın ailəsinin ən yaxın dostu, öncəgörmələri ilə dünyanı lərzəyə salan sadə kəndli Qriqori Rasputin kim idi? Hansı xüsusiyyətlərinə görə savadsız, kasıb bir kişi hakim təbəqənin ən çox güvənib, etibar etdiyi insana çevrilmişdi?

Ətrafında çoxlu mistik və tükürpədən əhvalatlar dolaşan Rasputinin ölümü, hətta qəbri belə müəmmalarla doludur. Odur ki, bəziləri onu müqəddəs, digərləri isə şeytan, iblis adlandırırlar.

Rasputin haqda dəqiq olan bir fakt var, o da dəqiq öncəgörmələridir. O nəinki öz ölüm tarixi haqda dəqiq məlumat verib, hətta dünyanı bürüyəcək epidemiyalar, xəstəliklər, müharibələr haqda da səhih fikirlər söyləyib.

Publika.az bu fikirlərin bir neçəsini təqdim edir:

Öz ölümünü görən Rasputin

 

Rasputin öz ölümünü iki cür şərh edirdi. Birinci kəndlilər tərəfindən qətl ediləcəyi, ikicisi isə saray əyyanları tərəfindən öldürüləcəyi idi. İkinci təxmini gerçəkləşir. Onu çar ailəsinə qısqanan əyyanlar yediyi şirniyyata zəhər qatırlar. Sonra isə arxadan zərbə endirib, cəsədini çayda batırırlar.

O, həmçinin çar ailəsinin ölümünü də aydın görmüşdü. Çar və çariçanı ölümlərindən əvvəl möhkəm qucaqlayıb, “sanki cəsədə sarıldım” demişdi.

İkinci Dünya Müharibəsi

Rasputin qanlı müharibənin dünyanı aclığa, vəhşətə bürüyəcəyi haqda da məlumat vermişdi. O, bu savaşı təsvir edərkən:“İnsanlar kütləvi şəkildə öləcək. Onları basdırmağa belə adam tapılmayacaq. Hər kəs qan içində gəzəcək”, - demişdi.

Canlılar məhv olacaq

Rasputin həmçinin illər öncə nüvə silahının gətirəcəyi bəlalardan və radiasiyanın məhvedici gücündən də xəbər vermişdi. “Canlılar partlayıb, məhv olacaqlar, yaralarından zəhərli qan axacaq. Onlar yerə, göyə sovrulacaqlar”.

Qəlbsiz varlqlar

Qriqori öz əlyazmalarında klonlaşdırılma haqda da geniş sərh verir. O, insan cildində yaradılan qəlbsiz, hissiyatsız varlıqlar haqda da məlumat verib.

Hazırda alimlər valideynlərin sifarişi ilə onların istəyinə uyğun seçilmiş xarici görünüşə və irsi xəstəliklərdən azad olmuş körpələrin yetişdirilməyinin mümkünlüyü haqda fikirlər yürüdürlər.

Heyvan insanın düşməninə çevriləcək

Rasputinin öncəgörmələrinə aydınlıq gətirəndə görürük ki, nəzarətsiz genetik tədqiqatlar nəticəsində yetişdiriləcək vəhşi varlıqlardan və onların insanları məhv edəcəyindən də yazıb.

Mənəvi dəyərlər

Qriqori insana xas ali hisslərin tükənəcəyindən də xəbər verirdi. O, qəm içərisində: “Sevgi itəcək, insanlar uçurumun kənarında dayanacaqlar”, - deyirdi.

İlanlar

Mistikaçı həmçinin insanları sıra ilə məhv edəcək 3 ilan haqda məlumat verirdi. Birinci və ikincinin böyük itkilərə səbəb olacağını, üçüncüdən sonra isə yalnız bir neçə seçilmişlərin sağ qalıb, cənnətə düşəcəklərini qeyd edirdi. Tarixçilərin zənnincə, o, müharibələrdən bəhs edir. Birinci və İkinci dünya müharibəsinin acı qalıqlarını hələ də toplayan insanlıq üçüncüyə hazır olmalıdır.

Dünyanın sonu

Rasputin Apokalipsisi Üçüncü dünya müharibəsi ilə əlaqələndirirdi. Onun proqnozuna görə, Günəş Yer səthini yandıracaq, çayları qurudub, canlıları məhv edəcək. Lakin Rasputin bunun dəqiq tarixi deyə bilməyib.

Tərsinə dönən dünya

Rasputinin ən dəhşətli öncəgörməsi isə yəqin ki, budur. O deyirdi ki: "Vaxt gələcək, Günəş üç sutka gizlənib, insanları soyuq və qaranlıqda qoyacaq. Hər kəs qurtuluş kimi ölümünü gözləyəcək. Hər yeri göz yaşı və kədər bürüyəcək, dekabrda yay, iyunda isə qış olacaq". Lakin onun bu təxmini hələ də çözülməyib.