Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğul atasını balta ilə vurdu - Gəncədə dəhşətli hadisə

Oğul atasını balta ilə vurdu - Gəncədə dəhşətli hadisə Gəncədə 72 yaşlı kişi başından xəsarət alıb.   APA xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb. Şəhər sakini, 1952-ci il təvəllüdlü N.Məmmədov təpə nahiyəsinin çoxsaylı yarası ilə xəstəxanaya yerləşdirilib.   72 yaşlı kişiyə yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, N.Məmmədovu oğlu başından balta ilə vurub.   Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.