Yanvarın 1-də onlardan 530-u Bakıya, 520-si isə regionlara geri qaytarılıb.
Müvafiq icazə almadan postlardan keçməyə cəhd göstərən 1050 nəqliyyat vasitəsi geri qaytarılıb.
Daxili İşlər Nazirliyindən SHOWNEWS.AZ-a verilən məlumata görə, belə ki,2021-ci il yanvarın 1-də Bakı-Quba yolunda 170, Bakı-Şamaxı yolunda 230, Bakı-Qazax yolunda 650 olmaqla, ümumilikdə 1050 nəqliyyat vasitəsi müəyyən olunub.
Onlardan 530-u Bakı istiqamətinə, 520 nəqliyyat vasitəsi isə regionlara geri qaytarılıb.
Qeyd olunan müddətdə müvafiq istiqamətlər üzrə karantin rejimi qaydalarını pozan 20 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.