Yeni il gecəsi salut atıb, əylənənlərə etiraz edənlərin sayı-hesabı gündən günə artır.
SHOWNEWS.AZ xəbər verir ki, hadisə ilə bağlı milli qəhrəman general-mayor Polad Həşimovun anası Səmayə xanımın fikirləri sosial şəbəkədə yayılıb. Səmayə ana bunu edənləri qınayıb:
"O valideynlər uşaqlarına deməli idi ki, şəhidimiz var. Bunu etmək olmaz. Demək o valideynlərin tərbiyəsində çatışmazlıq var. Onların övladları heç vaxt Polad Həşimov ola bilməyəcək".
Səmayə xanım həmçinin bu işdə icra hakimiyyətlərini də qınayıb.
Həmin videonu təqdim edirik: