Şəmkir rayonunda avtomobil təmiri servisi və ona bitişik sahəsi evin bir hissəsində yanğın baş verib.
SHOWNEWS.AZ Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şəmkir rayonunda ümumi sahəsi 32 m² olan avtomobil təmiri sexinin lambirindən ibarət tavanı və içərisindəki avadanlıqlar, həmçinin sexə bitişik, sahəsi 340 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyalardan ibarət 40 m² və dam örtüyünün 30 m²-lıq hissəsi yanıb.
Yanğın zamanı müxtəlif xəsarətlər alan 1 nəfər yanğınsöndürənlər hadisə yerinə çatana qədər yerli sakinlər tərəfindən xəstəxanaya aparılıb.
Sexin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.