Sumqayıt Ağır Cinayətlər Məhkəməsində küli miqdarda narkotik maddə ilə həbs edilən erməni əsilli şəxsin məhkəməsi başlayır.
“Unikal”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik vasitələri saxlama) maddəsi ilə təqsirləndirilən Sarkisyan Edqar Eduardoviçin məhkəmə prosesinin hazırlıq iclasıaprel ayının 17-də hakim Hafiz Əliyevin sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki,1985-ci ildə Bakıda anadan olan Edqar Sarkisyan 2008-ci ilin aprelin 24-də ögey qardaşını döyüb, azyaşlı ögey bacısına isə təcavüz edib. Edqar Eduaroviç Sarkisyan anası Elmira Qurbanovanın şikayət ərizəsi əsasında həbs olunub. Qeyd edək ki, Edqar Sarkisyan E. Qurbanovanın keçmiş erməni həyat yoldaşından olan oğludur. 1985-ci il təvəllüdlü Sarkisyan əvvəllər də məhkumluq həyatı keçirib.