Bakının Xəzər rayonunda 4 nəfərin hücumuna məruz qalan şəxs bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü, Lerik rayon sakini Məmmədov Raul Ağababa oğlu küçədə gedərkən ona 4 nəfər tanımadığı şəxs yaxınlaşaraq döyüblər.
Dava zamanı tanımadığı şəxslər ona bıçaq xəsarətləri yetiriblər.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki tərəfli döş qəfəsində 2 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Raul Məmmədov açıqlamasında deyib ki, mübahisə siqaret üstündə düşüb.
Hadisənin təfərrüatı araşdırılır.