Norveçdə qocalar evində yaşayan iki nəfər koronavirus infeksiyasına qarşı peyvənd vurdurandan bir neçə saat sonra vəfat edib.
Bu barədə NRK TV xəbər verib.
Qeyd olunur ki, hadisədən dərhal sonra Norveç Dərman Agentliyi qocalar evində yoxlamalara başlayıb.
Mütəxəssislər yaşlı insanların ölümünü onlara vurulan vaksinlə əlaqəli olub olmadığını araşdırır.