Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azyaşlıya qarşı əxlaqsızlıqda ittiham edilən Hacı Salman HƏBS EDİLDİ

Azyaşlıya qarşı əxlaqsızlıqda ittiham edilən Hacı Salman HƏBS EDİLDİ

İlahiyyatçı Hacı Salman Kamiloğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Apa.az xəbər verir ki, bu gün Abşeron rayon Məhkəməsində hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Hacı Salman Kamiloğlu barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Qeyd edək ki, ittihama görə Hacı Salman 11 yaşlı qızı küçədə maşınına dəvət edib və ona qarşı seksual xarakterli hərəkətlər edib. Baş vermiş hadisə kameraya düşüb və qızın yaxınlarının polisə müraciətindən sonra araşdırmalara başlanılıb.


İlahiyyatçı Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və yaxud seksual xarakterli hərəkətlər etmək) ittiham olunur.

Hazırda Abşeron rayon Polis İdarəsində fakt üzrə istintaq hərəkətləri aparılır.