Hərbi vəzifəli əsgər Yunis Mənsurov intihar edib.
SHOWNEWS.AZ bildirir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı APA-ya təsdiq ediblər.
Bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Sosial şəbəkələrdə yayılan məlumata görə, Y.Mənsurov bir neçə gün əvvəl tərxis olunub. 24 yaşlı mərhumun özündən sonra 1 övladı qalıb.