Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Əməliyyatdan sonra bədbəxt olmuşam, evdən çıxa bilmirəm”

“Əməliyyatdan sonra bədbəxt olmuşam, evdən çıxa bilmirəm”

Babayeva Lalə adlı xanım ötən ilin dekabrından həyatının qara günlərini yaşayır. Buna səbəb 12 dekabr 2023-cü ildə Lalə xanımın bədənşəkilləndirmə və bulhorn (dodaq qaldırma) əməliyyatı etməsi olub. Komplekslərindən azad olunacağını düşünən 33 yaşlı gənc xanımın, əksinə, ağlına gəlməyən başına gəlib və həmin gündən insan arasına çıxmağa kompleks yaşayır. 

 

Babayeva Lalə iddia edir ki, plastik estetik və rekonstruktiv cərrah Vüqar Ələkbərov onu bədbəxt edib. 

 

Lalə xanımın sözlərinə görə, həkim səhvini düzəldib ikinci dəfə əməliyyat etdikdən sonra daha da bərbad hala düşüb:

 

“Dodağımda olan süni geldən azad olunmaq və bədənşəkilləndirmə üçün  International Medical Center 1 -də çalışan Vüqar Ələkbərova müraciət etdim. Məni əmin etdi ki, istədiyin nəticəni alacağıq. Hətta dodaqqaldırma əməliyyatını da məsləhət gördü. Əməliyyatdan sonra bədbad günə düşdüm. Depressiyadan çıxa bilmirdim. Evə qapanmışdım. Utandığımdan evdən çıxa bilmirdim.

 

Öz səhvini ört-basdır etmək üçün 2024-cü il may ayının 2-də növbəti dəfə liposaksiya etdi. Dodağıma isə toxunmadı və məsləhət gördü ki, başqa həkim tapım. Liposaksiyam isə bərbad. 

 

2 dəfə ağır əməliyyatdan sonra bədənim yenə bərbad halda idi. Həftələrlə göz yaşı içində evə qapandım. Vüqar Ələkbərova şikayətimi bildirdikdə isə, onun mənə verdiyi cavabdan növbəti şok yaşadım. 

 

Mənə “sənin bədən quruluşun budur. İstədiyin bədən quruluşunu ala bilməzsən” dedi. 

 

Əgər ala bilməyəcəkdimsə, niyə mənə o ağır əməliyyatları icra etmisiz? Niyə məni gənc yaşda ruhən məhv etmisiz? Mənim gələcək həyatım necə olacaq? Saysız suallarıma cavab verəcək, çarə tapacaq insan yoxdur. Vüqar Ələkbərovun gördüyü işə görə mən artıq yaşamaq istəmirəm”.