Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Bakıda xanım sərnişini söyən taksi sürücüsü həbs edilib.

"Qaynarinfo"nun məlumatına görə, taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib.

Buna səbəb onun xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.

B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getməyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb.

Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və 5 gün müddətinə həbs edilib.