Masallıda körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, sentyabrın 7-si saat 14 radələrində altıaylıq Nilay Tural qızı Bədəlbəyli yaşadığı Masallı şəhəri Digah küçəsindəki evdə faciəvi şəkildə vəfat edib.
Belə ki, körpənin başı uşaq arabasının konstruksiyasının arasına keçib və o boğularaq ölüb.
Faktla bağlı Masallı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.