Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva ilə birgə Şuşaya səfər edib.
SHOWNEWS.AZ-ın məlumatına görə, dövlət başçısı səfər zamanı məşhur Cıdır düzündə də olub. Azərbaycan Prezidenti ailə üzvləri ilə birgə sözügedən məkanda paxlava ilə çay içiblər.
"Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!", - deyə dövlət başçısı bildirib.