
Beyləqanda 5 yaşlı Dəniz Tahirli şəkər və təzyiq dərmanları udduğu üçün zəhərlənərək ölüb.
“ATV”nin məlumatına görə, hadisə gecə saatlarında, azyaşlı nəzarətsiz olan zaman baş verib.
Belə ki, Dəniz nənəsinin dərmanlarını udaraq zəhərlənib.
Azyaşlının qohumunun sözlərinə görə, hadisədən 15-20 dəqiqə sonra valideynləri Dənizin zəhərləndiyini bilib:
“Bilmədən nənəsinin şəkər dərmanlarını yeyib. Evin kiçik uşağı valideynlərinə deyib ki, bacısı dərman yeyib. Onu dərhal xəstəxanaya aparıblar. Yarım saatdan sonra isə uşaq dünyasını dəyişib”.
TƏBİB-dən verilən məlumata görə, 2020-ci il təvəllüdlü azyaşlıya dərman zəhərlənməsi diaqnozu təyin edilib və reanimasiya tədbirləri görülüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, uşağın ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.