Türkiyənin Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə Rusiyaya məxsus yük gəmisi batıb.
SHOWNEWS.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, Bartın valisi uzunluğu 200 metr olan gəminin dalğalar səbəbindən Qara dənizin İnkumu sahilinə çata bilmədiyini və gəmidə 15 nəfərlik heyətin olduğunu bildirib.
Bartın limanındakı gəmilər axtarış-xilasetmə işlərinə cəlb olunub.
Ekipajın taleyi barədə hələlik heç bir məlumat yoxdur.