
Ağdamda 16 yaşlı məktəbli qızın bir qrup şəxs tərəfindən zorlandığı iddia olunur.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.
Zərərçəkən yeniyetmə ailəsinə məlumat verdikdən sonra hüquq-mühafizə orqanlarına müraciət edilib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir”.