Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

45 gün komada qalıb, 3 dəfə əməliyyat olunan QAZİMİZDƏN ŞAD XƏBƏR VAR

45 gün komada qalıb, 3 dəfə əməliyyat olunan QAZİMİZDƏN ŞAD XƏBƏR VAR

Dörd aydır xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Sadiq Şükürovun səhhəti yaxşılaşmağa doğru gedir. 

SHOWNEWS.AZ xəbər verir ki, bu  barədə “Qafqazinfo”ya qazinin anası Kifayət Şükürova məlumat verib. Onun sözlərinə görə, oğlu oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və bu müddət ərzində üç dəfə əməliyyat olunub. Axırıncı əməliyyatdan sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş var:

“Sadiqin sonuncu - ağciyər əməliyyatı çox ağır əməliyyat idi. 30 faiz sağalma şansı ilə əməliyyata girmişdi. Şükür Allaha, əməliyyatdan sağ-salamat çıxdı, artıq düzəlir, yeməyi yaxşıdır. Amma hələ ki, aparata qoşuludur. Yeriyə bilməsi üçün ayaqları masaj olunur”.

Qazinin anasının sözlərinə görə, Sadiqlə xəstəxanada müalicə aldığı bu aylar ərzində cəmi bir dəfə, özü də bir neçə dəqiqəlik görüşə biliblər: 

“Oğlum yaralananda Mərkəzi Hərbi Hospitala aparılıb. 1,5 ay orada komada olub. Sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb, orada ağciyərlərindən əməliyyat olunub. Oradan Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir dəfə də əməliyyat olunub. Vəziyyəti ağırlaşdığından 3-cü dəfə də əməliyyata alıblar. Yeriməsi üçün bundan sonra da əməliyyat olunacaq. Ağır yaralı olduğuna görə bu 4 ay ərzində biz onunla cəmir bir dəfə - bir neçə dəqiqəlik görüşə bilmişik”.

Qeyd edək ki, Sadiq Şükürov 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Müharibə başlayandan iki gün sonra - sentyabrın 29-u ön cəbhəyə yollanıb. Oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərində sağ qolundan, ağciyər və bel nahiyəsindən ağır yaralar alıb. Ayaqlarından aldığı yaralardan müvəqqəti yerimə qabiliyyətini itirib. 

Gülnar Əliyeva