Bakının 7-ci mikrorayonu ərazisində daha bir intihar hadisəsi baş verib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətt”inə məlumat veriblər. Şahidlərin sözlərinə görə, gənc qız özünü hündürmərtəbəli binadan atıb. Həmin şəxs hadisə yerindəcə keçinib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.
İntiharın nə səbəbdən baş verdiyi araşdırılır.
Qeyd edək ki, bu həftəyə 4-cü, bugünə isə ikinci intihar hadisəsidir.