Ceyranbatan-Binəqədi magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar bəzi ərazilərdə suyun verilişində fasilə yaranacaq.
Bu barədə SHOWNEWS.AZ “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, sabah gün ərzində Abşeron, Binəqədi və Nərimanov rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.