"Erməni əsirliyində olanda ayağımı amputasiya etdilər. Həmin vaxtı mən Yerevanda idim. Reanimasiyada ac-susuz qalırdım. Oradan da həbsxanaya göndərdilər. Mənə işgəncələr verirdilər. Bir ayağımı amputasiya edəndən sonra digər ayağıma iynə ilə spirt vururdular. Həmçinin əlimin üzərindəki əti "kəlbətinlə" qoparmışdılar" .
SHOWNEWS.AZ xəbər verir ki, sözləri 35 gün erməni əsirliyində olarkən, ağır işgəncələrə məruz qalan hərbçimiz Mobil Əhmədzadə Sonxeber.az-a videomüsahibəsi zamanı deyib.
Müsahibəni videodan izləyə bilərsiniz: