Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.
SHOWNEWS.AZ xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Sumqayıtda fəaliyyət göstərən özəl klinikalardan birinin baş həkimi, ümumi cərrah Zahid Vəliyev COVID-19-dan ölüb.
Z.Vəliyev bir müddət müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Cərrah ötən gün dünyasını dəyişib.