Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - Ağdamda PARTLAYIŞ

Bir hərbçimiz həlak oldu, ikisi yaralandı - Ağdamda PARTLAYIŞ

Bu gün günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib.

Müdafiə Nazirliyindən SHOWNEWS.AZ-a verilən məlumata görə, hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və  Məlikməmmədov Balaqardaş Mübariz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!