Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Şəki yaylası”nda kanat qırıldı - 2 NƏFƏR DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

“Şəki yaylası”nda kanat qırıldı - 2 NƏFƏR DÜNYASINI DƏYİŞDİ - FOTOLAR

Bu gün saat 14:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəki rayonu, “Şəki Yaylası” istirahət mərkəzindən çağırış qeydə alınıb.

Bu barədə TƏBİB məlumat yayıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.

İlkin məlumata görə, Şəkinin Baş Kəldək kəndində yerləşən istirahət mərkəzində ölüm halı qurğunun "tros"unun qırılması nəticəsində baş verib.

Ölənlərin Qax rayon sakini 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.