Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib - SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib - SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

“Fly Dubay” ilə uçuşu olan Azərbaycan vətəndaşı onlara xəbərdarlıq edilmədən uçuş saatının dəyişdiyini bildirir.

Şikayətlə bağlı “Qafqazinfo”ya Sona Kərimova müraciət edib.

Onun sözlərinə görə, biletdə uçuş saatının 18:20 olmasına baxmayaraq, təyyarə 17:20-də uçub.

“Bileti 1 ay öncə almışıq. Hava limanına müraciət etdik, bizə deyildi ki, “problemi “Fly Dubay” ilə həll edin, bizlik deyil, bileti dəyişə bilmərik”.

Bileti aldığımız xanıma da bildirdik, o dedi ki, uçuş vaxtının dəyişməsi ilə bağlı “Fly Dubay”dan heç bir məlumat almayıblar.

Düzü, həmin 1 ay ərzində yoxlamamışdıq. Əlimizin içini iyləməliydik ki, bunlar reys dəyişdirir?”, - S. Kərimova qeyd edib.