Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Karantini pozan kafelərin sahibləri cərimələndi

Karantini pozan kafelərin sahibləri cərimələndi

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

AQTA-dan verilən məlumata görə, qurum əməkdaşları tərəfindən Nərimanov rayonu, Y. Vəzirov küçəsi ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus "Okean" pub, Səbayıl rayonu, T. Əliyarbəyov 4A ünvanında yerləşən, fiziki şəxs Şirinov Rüfət Ramizoviçə məxsus "Kefli" bar və Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q massivində yerləşən, fiziki şəxs Əkbərova Gülmirə Əfsər qızına məxsus "Çayka" kafesində reyd keçirilib.

Reyd zamanı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn qaydalara əməl olunmaması və tələblərin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı sahibkarlıq subyektləri barədə qanunvericiliyin tələbləri çərçivəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsinə uyğun olaraq 4000 AZN cərimə tətbiq olunub.