Şabran rayonunda qadını hədələyən şəxs saxlanılıb.
SHOWNEWS.AZ DİN-ə istinadən xəbər verir ki, şəhər sakini olan qadın cari il yanvarın 17-dən fevralın 10-dək olan müddətdə bir nəfərin onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 15.000 manat pul tələb etdiyini bildirib.
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Bədəlov olması müəyyən edilib və o, saxlanılıb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.