"Mazlum Doğan adlı sevgilisi ilə əlbir olub pullarımızı oğurladı"
Türkiyənin Diyarbəkir şəhərində yaşayan və özəl bir şirkətdə yaşayan azərbaycanlı bacıların evindən oğurluq olub.
Bu barədə AzNews.az-a evindən külli miqdarda pul oğurlanan Tanrıverdiyeva Şəlalə İmamqulu qızı məlumat verib.
O bildirib ki, Diyarbəkrdə təsadüfən Hüseynova Elnarə adlı bir azərbaycanlı qadınla tanış olub və aralarında rəfiqəlik münasibətləri yaranıb:
"Bir müddət qaldığımız evə gəlib-getdi. Sonra isə Mazlum Doğan adlı sevgilisi ilə əlbir olub pullarımızı oğurladı".
Gülnar Tanrıverdiyeva bildirib ki, hadisə ilə bağlı Türkiyə polisinə müraciət ediblər: "Polis bir neçə günə Elnarəni Azərbaycana deport edəcək. Xahiş edirəm, Azərbaycanın hüquq-mühafizə orqanları bizim haqqımızı təmin etsin".