Ağdamda ata və üç oğlu minaya düşüb.
Hadisə bu gün axşam saatlarında qeydə alınıb.
Minaya düşənlər Hüseynov Akif Muxtar oğlu, Hüseynov Anar Akif oğlu, Hüseynov Razi Akif oğlu və Hüseynov Bayram Akif oğludur.
Ağdamın Yusifcanlı kəndində minaya düşənlərin sayı 6 nəfər olub.
Onlardan biri artıq dünyasını dəyişib. Bu, Hüseynov Razi Akif oğludur. Hadisə zamanı Razi Hüseynovun oğlu Hüseynov Hüseyn isə yüngül xəsarət alıb.
Yaralılardan biri isə Laçın rayon sakini Abdulov Bəhruz Nadir oğludur. O, köməyə gedərkən minaya düşüb.
Minaya düşənlərdən Hüseynov Bayram Akif oğlunun da həlak olduğu məlum olub.
Qafqazinfo