Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı bloger Sofa xərçəngdən vəfat etdi

Azərbaycanlı bloger Sofa xərçəngdən vəfat etdi

Xərçəngdən əziyyət çəkən azərbaycanlı bloger Sofa Həsən vəfat edib. 

 

Axşam.az xəbər verir ki, o, bir müddətdir Türkiyədə müalicə alırdı. Sofa xəstəliyi ilə bağlı sosial şəbəkə hesabında tez-tez paylaşım edib. 

Bloger sonuncu paylaşımında kimyaterapiya aldığını, nəfəs ala bilmədiyini yazıb:

"Allah heç kimi nəfəssiz qoymasın. Aldığım kimyaterapiya və narkozlardan ürək çatışmazlığı əmələ gəlib. Ürəyimdə böyümə var. Ağciyərimə də su yığılıb. Əməliyyat olacaqdım, amma tab gətirə bilməyəcəyim üçün qaldı. Ürəyim dözsün deyə ilkin müdaxilə edilib. Normal insan kimi yaşamaq üçün darıxdım, insanlıqdan çıxmışam. Nəfəs ala bilmirəm, oksigenə bağlı qalmışam".

Sofanın İnstaqramda 59 min 600, TikTok-da isə 100 min izləyicisi var idi.