Rusiyanın Sankt-Peterburq şəhərində müğənni Damlanın çıxış etdiyi toya polis basqını olub.
“Qafqazinfo” xəbər verir ki, buna Belevski prospektində yerləşən restoranda havaya atəş açılması səbəb olub.
İnsident aprelin 10-da baş verib. Belə ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları toya daxil olaraq qonaqları saxlayıb.
Saxlanılanlar arasında Damlanın prodüseri Şamil də olub. O, sosial şəbəkədə paylaşım edərək səhər saat 5-ə qədər dindirildiyini, daha sonra sərbəst buraxıldığını bildirib. Prodüser, həmçinin basqın zamanı lentə aldığı görüntüləri də instaqram səhifəsində yerləşdirib.