Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

3-cü dəfə boşanmağa hazırlaşan müğənni əri tərəfindən öldürüldü - AZƏRBAYCANDA

3-cü dəfə boşanmağa hazırlaşan müğənni əri tərəfindən öldürüldü - AZƏRBAYCANDA

Azərbaycanda gənc müğənni boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən qətlə yetirilib.

 

Bu barədə "Elgizlə izlə" verilişinə müraciət edən müğənni Zəminə bildirib və özü kimi müğənni olan qızının boşanmaq istədiyi üçün keçən ilin sentyabr ayının 3-də həyat yoldaşı tərəfindən qətlə yetirildiyini deyib:

 

"Bu, qızımla həyat yoldaşının 3-cü boşanması idi. Onlar 2 dəfə boşanıb, sonradan barışıblar. Qızım barışırdı, sonra eyni problemlər yenidən yaşanırdı. 16 yaşında qızıma elçi gəldilər. Mən də ailə qurmaqlarına razılıq verdim. Əvvəl o, müğənnilik etmirdi. Sonradan imkanı olmadığına görə müğənniliyə başladı. Mən özüm də müğənniyəm. Əri onu toylara aparırdı. Qızımın 2 övladı məndə, həyat yoldaşı isə hazırda həbsdədir. O, qızıma barışmasa öldürəcəyini demişdi: "Ya torpağınsan, ya mənim". Qızım mənə dedi ki, yenə barışmağını istəsəm, o öldürməsə də, özü intihar edəcək".