Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda ana və körpəsini maşın vurdu, uşaq öldü

Bakıda ana və körpəsini maşın vurdu, uşaq öldü

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

SHOWNEWS.AZ APA-ya istinadən xəbər verir ki, hadisə Ramana qəsəbəsində baş verib.

 

Südçülük sovxozu ərazisində 1987-ci il təvəllüdlü Qasımova Sevda Rasim qızı və qucağında olan 1 yaşlı Yusifov Fərid Vəhab oğlunu "BMW" markalı nəqliyyat vasitəsi vurub. Hadisə nəticəsində 1 yaşlı F.Yusifov ölüb. Ağır xəsarət alan S.Qasımova isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.