Mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilir ki, nazirdən yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb.
Qeyd edək ki, COVID-19 virusuna yoluxan Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.
Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşları da qaydalara uyğun olaraq karantinə alınıb və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirir.