Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Mediland”də MRT olunan pasient komaya düşdü - Prokurorluq araşdırmaya başladı

“Mediland”də MRT  olunan pasient komaya düşdü - Prokurorluq araşdırmaya başladı

Xəbər verdiyimiz kimi, Bakıda oynaq ağrıları üçün “Mediland” klinikasında MRT müayinəsi olunan 64 yaşlı Qəmzə Süleymanova komaya düşüb. Onun həyat yoldaşı Mirzə Süleymanov prokurorluğa müraciət edərək, hadisə ilə bağlı cinayət işi başlanılmasını və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsini istəyib.

“Qafqazinfo” məsələ barədə müraciətin ünvanlandığı Xətai Rayon Prokurorluğuna sorğu göndərib.

 

Prokurorluqdan “Qafqazinfo”ya bildirilib ki, 12 aprel 2021-ci il tarixdə Mirzə Süleymanov həyat yoldaşı Qəmzə Süleymanovanın səhhətində yaranmış problemlə əlaqədar müalicəsi zamanı yol verilmiş həkim səhlənkarlığına görə Xətai Rayon Prokurorluğuna müraciət edib:

“Müraciət üzrə hazırda Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı həkim səhlənkarlığına yol verilib-verilməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub. Hazırda araşdırma aparılır”.