Xalq artisti Arif Quliyev dəfn olunub.
Axşam.az xəbər verir ki, aktyor "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb. Mərhumu son mənzilə yola salanlar arasında ailə üzvləri, yaxınları və sənət dostları yer alıblar.
Qeyd edək ki, A.Quliyev koronavirus infeksiyasına yoluxmuşdu. Xəstəxanaya yerləşdirilən aktyorun ağ ciyərinin 90 faizi zədələnmişdi. O, gecə 71 yaşında dünyasını dəyişib.
Foto: İlqam Cəbiyev