Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Əsgər intihar etdi - General hadisə yerinə getdi

Əsgər intihar etdi - General hadisə yerinə getdi

Zaqatalada hərbi hissədə intihar hadisəsi qeydə alınıb.

SHOWNEWS.AZ-ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Zaqatala Sərhəd Dəstəsinin müddətli hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü İbrahim Quliyev güllələyərək özünü öldürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat xidməti faktı təsdiqləyiblər.

 

Bildirilib ki, əsgər ona təhkim edilmiş silahla atəş açaraq intihar edib.

Hazırda Dövlət Sərhəd Xidmətinin rəhbəri Elçin Quliyevin göstərişinə əsasən, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov hadisə yerinə təhkim edilib.

Baş vermiş intihar hadisəsi ilə bağlı Hərbi Prokurorluqla birgə araşdırmalar aparılır.