Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında dünyasını dəyişib.
SHOWNEWS.AZ xəbər verir ki, bu barədə rəssamın qızı Aydan Salahova “TASS” agentliyinə bildirib.
O, atasının Almaniyada müalicə aldığı klinikada vəfat etdiyini açıqlayıb.
Xalq rəssamının bacısı Zərifə Salahova mərhumun Birinci Fəxri Xiyabanda dəfn olunacağını qeyd edib: “Artıq bu barədə Azərbaycan Prezidentinin tapşırıqları var. Onun cənazəsi Bakıya gətiriləcək və Birinci Fəxri Xiyabanda dəfn ediləcək”.
Qeyd edək ki, T. Salahov iki gün əvvəl müalicə məqsədilə Almaniyaya gedib.