Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Rəqsanənin qızı məhkəməyə verilir - QALMAQAL - VİDEO FOTOLAR

Rəqsanənin qızı məhkəməyə verilir - QALMAQAL - VİDEO FOTOLAR

Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

SHOWNEWS.AZ Axşam.az-a istinadla məlumatına görə, videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür. Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb. O qeyd edib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb.

Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva criminal.az saytına açıqlamasında videodakı görüntüyə aydınlıq gətirib. Bildirib ki, Aysun Rəqsanənin qızıdır və körpələr evi yerləşən həyətdə nənəsi ilə kirayə yaşayırlar.

Baş həkimin sözlərinə görə, aprelin 26-da bacısı oğlu, qrossmeyster Rauf Məmmədovun doğum günü olub və o körpələr evinə tort gətirib:

''Aprelin 27-də isə qurban kəsib tortla bizim körpələr evinə gəlmişdi. Bizim işə gətirib, işdən aparmayıb... Videoda görsənən hündür oğlan isə xəstəxanamızın gecə gözətçisidir və mayın 1-dən məzuniyyətə gedir. Bacımdan xahiş etdi ki, onun yatağını da maşınla aparmaqda köməklik etsin. Mənə şər atdığına görə Rəqsanənin qızın məhkəməyə verəcəm. Aysun xəstəxanadan oğurluq edildiyini görübsə, niyə 102-yə zəng edib polis çağırmırdı. 18 ildir orda işləyirəm, bir balam var. 7 bacı bizim xəstəxanaya daşıdığımızı el-aləm bilir. Biz bunu heç harda işıqlandırmırıq. Adam yetimə çörək verəndə onu işıqlandırmaz. Bu adam mənə şər atır. Atasız-anasız uşağın nəyin apara bilərəm axı?''.