Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Qeyri-rəsmi nikahda yaşadığı qadını döyüb, xəstəxanalıq etdi - AZƏRBAYCANDA

Qeyri-rəsmi nikahda yaşadığı qadını döyüb, xəstəxanalıq etdi - AZƏRBAYCANDA

Xaçmazda döyülmə hadisəsi baş verib.

 

SHOWNEWS.AZ "report"a istinadən xəbər verir ki, hadisə Xaçmaz şəhərində yerləşən "Fəvvarələr parkı"nda qeydə alınıb.

 

Belə ki, Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilova Esmira Xanlar qızı qeyri-rəsmi nikahda yaşadığı Qafur adlı şəxslə parkda mübahisə edib. Nəticədə E.Xəlilova həmin şəxs tərəfindən döyülərək ağır xəsarət alıb.

 

Daha sonra qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona qapalı kəllə-beyin travması, bədənin çoxsaylı cızılmış yarası, bazu nahiyəsinin əzilməsi diaqnozu qoyulub.

 

Xəstəxanada E.Xəlilova ilkin tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır.