Binəqədi rayonu Biləcəri qəsəbəsində Qarabağ əlili olduğu deyilən şəxsin özünü yandırması ilə bağlı məlumat yayılıb.
DİN Mətbuat Xidmətindən bildirilib ki, küçə ticarəti ilə məşğul olan Məhəmmədəli Hacıyev adlı şəxs, piştaxtası yığışdırılan zaman özünü yandırmağa cəhd edib:
“O, piştaxtanı yolu zəbt edərək piyadaların hərəkət hissəsində qanunsuz quraşdırıb. Onun bu əməlinin qarşısı alınarkən özünü yandırmağa cəhd edən M.Hacıyev dərhal yüngül yanıq xəsarətilə müvafiq xəstəxanaya çatdırılıb. Bu, onun birinci əməli deyil, dəfələrlə əlillik adından sui-istifadə edərək, belə hərəkətlərə cəhdlər göstərib”.
Yayılan məlumata görə, polis Binəqədi rayonu ərazisində yerləşən şadlıq sarayının qarşısında meyvə satan 1-ci qrup Qarabağ əlili olduğu deyilən şəxslə kobud davranıb, meyvə-tərəvəz piştaxtasını dağıdıb. Buna etiraz olaraq həmin şəxs özünü yandırıb. Hazırda 5 saylı şəhər klinik xəstəxanasındadır.